You are here: 
Münzen ges

Naxçıvan Muxtar Respublikasının səlahiyyətli orqanları üçün onlayn təlim keçirilib

Release Date:

Maliyyə Monitorinqi Xidməti tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələri üçün onlayn təlim təşkil olunub.

Təlimdə Xidmətin əməkdaşı Arzu Xəlilova çıxış edərək iştirakçılara cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin əsas istiqamətləri barədə təqdimat nümayiş edib. Tədbir zamanı Azərbaycanın MONEYVAL Komitəsi çərçivəsində keçdiyi 5-ci Raund qarşılıqlı qiymətləndirmə prosesinin nəticələri ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırılıb.


A.Xəlilova, həmçinin benefisiar mülkiyyətçilik institutunun əhəmiyyəti, beynəlxalq təcrübədə tətbiqi və bu sahədə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) müəyyən etdiyi standartlar barədə geniş məlumat verib.


Təlimdə Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini təmsil edən ümumilikdə 25 nəfər nümayəndə iştirak edib. 

Previus news:
Next news: