You are here: 
Münzen ges

“Terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi risk qiymətləndirilməsinin nəticələri” mövzusunda təlim keçirilib

Release Date:

2025-ci il 24 iyun tarixində Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə “Terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi risk qiymətləndirilməsinin nəticələri” mövzusunda onlayn formatda təlim keçirilib.

Təlim Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı İbrahim Məmmədzadə tərəfindən aparılıb. Tədbirdə nəzarət orqanlarının, qeyri-hökumət təşkilatlarının və dini icmaların nümayəndələri iştirak ediblər.

Təlimin əsas məqsədi ölkədə həyata keçirilmiş milli risk qiymətləndirilməsi çərçivəsində müəyyən edilmiş əsas risk amilləri, zəifliklər və qabaqlayıcı tədbirlər barədə iştirakçıların məlumatlandırılması olub.

30-dan çox nümayəndənin qatıldığı tədbir çərçivəsində terrorçuluğun maliyyələşdirilməsi sahəsində mövcud çağırışlar müzakirə edilib, iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Təlim aktiv sual-cavab sessiyası ilə yekunlaşıb.

Previus news:
Next news: