You are here: 
Münzen ges

2025-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib

Release Date:

Cari ilin 9 fevral tarixində Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasın gündəliyinə uyğun ilk olaraq Xidmətin struktur vahidləri tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair təqdim olunan hesabatlar müzakirə edilib. Hesabatlarda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində görülmüş işlər və əldə olunan nəticələr əks olunub, müzakirələr nəticəsində müvafiq tövsiyələr verilib.

İclasın ikinci hissəsində Xidmətin 2026-cı il üzrə İş Planı layihəsində nəzərdə tutulan tədbirlər müzakirə olunub. İş Planında institusional potensialın gücləndirilməsi, risk əsaslı yanaşmanın tətbiqinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı, eləcə də analitik imkanların artırılmasına yönəlmiş tədbirlər əksini tapıb. Təkliflər ətrafında fikir mübadiləsi aparılıb və sənəd üzrə müvafiq qərarlar qəbul edilib.

İclasın sonunda gündəlikdə duran məsələlər üzrə tapşırıqlar müəyyən edilib və qarşıdakı dövr üçün prioritet istiqamətlər qeyd olunub.

Previus news:
Next news: