You are here: 
Münzen ges

FATF-ın 8-ci Tövsiyəsi və Birbaşa Nəticə 10 üzrə təlim keçirilib

Release Date:
Cari ilin 5 iyun tarixində müvafiq hüquq mühafizə və nəzarət orqanlarının əməkdaşları üçün Maliyyə Monitorinqi Xidmətinin eksperti Fuad Əliyev tərəfindən onlayn formatda təlim təşkil edilib.
Təlim zamanı Maliyyə Fəaliyyətləri üzrə İşçi Qrupunun (FATF) 8-ci tövsiyəsi – qeyri-kommersiya təşkilatlarının terrorçuluğun maliyyələşdirilməsi risklərindən qorunması, habelə Birbaşa nəticə 10 – bu sahədə səlahiyyətli orqanların effektiv fəaliyyəti və öhdəlikləri mövzusunda ətraflı təqdimat nümayiş etdirilib.
Qeyd etmək lazımdır ki, təlim çərçivəsində Tövsiyə 8 və Birbaşa Nəticə 10 üzrə FATF tərəfindən edilmiş son dəyişikliklərdən irəli gələn yeni öhdəliklər barədə də iştirakçılara ətraflı məlumat verilib.
Təqdimat çərçivəsində beynəlxalq standartlar, milli hüquqi tənzimləmələr və risk əsaslı yanaşmanın tətbiqi ilə bağlı praktiki məsələlər müzakirə olunub. Təlim iştirakçıları bu sahədə mövcud çağırışlar və qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi apararaq, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün tövsiyələr səsləndiriblər.
Previus news:
Next news: