You are here: 
Münzen ges

Eqmont Qrupunun 26-cı illik işçi və regional qruplarının görüşündə MMX nümayəndə heyəti iştirak edib

Release Date:

Cari ilin 26-30 yanvar tarixlərində Tanzaniyanın Aruşa şəhərində Eqmont Qrupunun nümayəndələri, beynəlxalq tərəfdaşlar və müşahidəçilərin iştirakı ilə 26-cı işçi və regional qrupların növbəti görüşləri keçirlib.

Görüşə Maliyyə Monitorinqi Xidmətini Əməkdaşlıq departamentinin direktoru, həmçinin Eqmont Komitəsinin Üzvlük, Dəstək və Uyğunluq işçi qrupunun sədri Fuad Əliyev təmsil edib. Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin Dövlət qurumları ilə iş və benefisiar mülkiyyətçilərin təhlil departamentinin direktoru Nurlan Babayev Eqmont Qrupunun Məlumat mübadiləsi işçi qrupunun sədr müavini vəzifəsinə seçilib.

Qlobal təşkilat kimi Eqmont Qrupu üzv maliyyə kəşfiyyatı orqanları arasında məlumat, bilik və əməkdaşlıq mübadiləsini asanlaşdırır və təşviq edir, habelə onlara əmlakın leqallaşdırılması, əlaqəli cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üçün təhlükəsiz platforma təqdim edir.

Qeyd edək ki, görüşlərdə 182 üzv ölkənin və beynəlxalq təşkilatların 400-dən çox nümayəndəsi qatılmışdır.

Previus news:
Next news: