You are here: 
Münzen ges

Gömrük sərhədində valyuta vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə mövzusunda təlim keçirildi

Release Date:

Cari ilin 26 avqust tarixində Maliyyə Monitorinqi Xidməti tərəfindən Dövlət Gömrük Komitəsinin müvafiq əməkdaşları üçün onlayn formatda təlim təşkil olunub. Təlimin əsas mövzusu valyuta sərvətlərinin və milli valyutanın gömrük sərhədindən keçirilməsi zamanı əmlakın leqallaşdırılması hallarına qarşı mübarizə olub.

Tədbir zamanı iştirakçılara Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF32-ci tövsiyəsi barədə ətraflı məlumat təqdim olunub. Təlimdə həmçinin FATF tövsiyələrinin milli qanunvericiliyə implementasiyası və digər əlaqəli məsələlər izah edilib, iştirakçılar  arasında aktiv müzakirələr aparılıb

Təlimçi qismində Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı İbrahim Məmmədzadə çıxış edib. 70 nəfər gömrük əməkdaşının iştirak etdiyi təlim sual-cavab sessiyası ilə başa çatıb.

Previus news:
Next news: