You are here: 
Münzen ges

Eqmont Komitəsinin növbəti sessiyalararası görüşü keçirilib

Release Date:

Cari ilin 10–12 may tarixlərində Polşanın Krakov şəhərində Eqmont Group nəzdində fəaliyyət göstərən Eqmont Komitəsinin növbəti sessiyalararası görüşü keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətini Eqmont Qrupunun Üzvlük, Dəstək və Uyğunluq İşçi Qrupunun sədri, eyni zamanda Eqmont Komitəsinin üzvü Fuad Əliyev təmsil edib.

Görüş çərçivəsində Eqmont Komitəsinin üzvləri təşkilatın idarəetmə, strateji və əməliyyat prioritetlərinin icrası ilə bağlı cari məsələləri müzakirə ediblər. Xüsusilə, Eqmont Qrupunun 2022–2027-ci illər üzrə Strateji Planının həyata keçirilməsi, təşkilatın institusional idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və maliyyə kəşfiyyat orqanları arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sessiya çərçivəsində iştirakçılar Polşanın Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Yaroslav Zoltovski və Krakov şəhərində Milli Gəlirlər Administrasiyasının nümayəndələri ilə görüş keçiriblər. Görüşlər zamanı maliyyə monitorinqi sahəsində beynəlxalq koordinasiyanın gücləndirilməsi, məlumat mübadiləsinin effektivliyinin artırılması və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Previus news:
Next news: