You are here: 
Münzen ges

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şübhəli Əməliyyatların Monitorinqi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edildi

Release Date:

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyul tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ‘Şübhəli əməliyyatların monitorinqi’ informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.

Yeni təsdiq edilən Əsasnamə, “ŞƏMS” (Şübhəli Əməliyyatların Monitorinqi Sistemi) sisteminin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Əsasnamə bu sistemdən istifadə qaydalarını, ötürülən məlumatların dairəsini, eləcə də sistemin operatorunun, iştirakçılarının və istifadəçilərinin hüquq və vəzifələrini tənzimləyir.

“ŞƏMS” sistemi, maliyyə əməliyyatlarının şəffaflığını artırmağa və qeyri-qanuni maliyyə əməliyyatlarının qarşısını almağa yönəlmiş mühüm layihədir.

Ətraflı məlumat üçün: https://president.az/az/articles/view/69366

Previus news:
Next news: